Prezident Kitabxanasında Qara Qarayevin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib
 

Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev

və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları

laureatı Qara Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Ətraflı......
“Bu günün rəssamı” layihəsinin təqdimatı olub
 

Bakı, 2 fevral

Fevralın 2-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsi təqdim

edilib.AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Nizami Kino Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr

olunmuş gənc rəssamların sərgisi açılıb.Tədbirdə çıxış edən “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri

, Əməkdar artist Ramil Qasımov bildirib ki, Gənclər Günü 1997-ci ildən etibarən ölkəmizdə gənclər siyasətinə

verilən yüksək dəyərin təzahürü olaraq təntənəli şəkildə qeyd edilir. O, Ulu Öndər Heydər Əliyevin imzaladığı

müvafiq Sərəncamla ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunduğunu vurğulayıb. Əməkdar artist

həmçinin gənc rəssamları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

 

Ətraflı......
Qərbi Azərbaycan aşıqları” adlı konsertdən

22.01.2026 | 21:25

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə

Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət

Mərkəzində “Milli musiqi kimliyimiz” layihəsi çərçivəsində “Qərbi Azərbaycan aşıqları” adlı konsert

proqramı keçirilir.

 

Ətraflı......

 

"Sərhədsiz sənət" layihəsi təqdim edilib
 

Bakı, 15 yanvar,

 AZƏRTAC "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədəni həyatında mühüm

hadisə olacaq yeni - "Sərhədsiz sənət" layihəsinə start verib.AZƏRTAC xəbər verir ki, layihənin məqsədi

Azərbaycan mədəniyyətinin sərhəd tanımayan gücünü nümayiş etdirmək və peşəkar sənətkarlarla gənc nəsil

arasında birbaşa dialoq platforması yaratmaqdır.

Ətraflı......
 
İlk dəfə sırf QHT-lər üçün bayram konserti proqramı təşkil olunub
 

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 28-də - “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı,

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığ

 ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə

“Ey, Vətən!” adlı konsert proqramı keçirilib.

Ətraflı......
 
Ramil Qasımov: Əldə etdiyim uğurların təməlində Ulu Öndərin xeyir-duası dayanır

 

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq bu günlərdə

ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. Azərbaycan Milli Konservatoriyası və

“Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin birgə təşəbbüsü ilə reallaşan bugünkü

tədbir də həmin ehtiramın bariz nümunəsidir.

Ətraflı......

 

Azərbaycan Milli Konservatoriyasında Ümummilli Liderin xatirəsi anılıb

Azərbaycan Milli Konservatoriyasında Azərbaycan xalqının

Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçdi” adlı tədbir keçirilib.

Ətraflı......

Prezident Kitabxanasında “Heydər Əliyev mədəniyyət”
tədbirlər silsiləsi çərçivəsində “Rəşid Behbudov 110”
adlı dəyirmi masa keçirilib

9 dekabr 2025-ci il tarixində Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı

ilə “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər silsiləsinin ilk mərhələsi – “Rəşid Behbudov 110”

adlı dəyirmi masa keçirilib. Görüş Prezident Kitabxanasının İncəsənət zalında baş tutub.

Ətraflı......

Prezident Kitabxanasında "Heydər Əliyev mədəniyyət”
mövzusuna həsr olunmuş tədbirlər silsiləsinin ilk
mərhələsi “Rəşid Behbudov 110” adlı dəyirmi
masa təşkil olunub

 Dekabrın 9-da Prezident Kitabxanası və “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin

birgə təşkilatçılığı ilə "Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər

silsiləsinin ilk mərhələsi – “Rəşid Behbudov 110” adlı dəyirmi masa keçirilib.

Ətraflı......

 
"Zəngəzur" mahnısı təqdim edildi 
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda
"Zəngəzur" mahnısı ictimaiyyətə təqdim edib.

Qaynarinfo xəvər verir ki, mahnının sözlərinin müəllifi Şahin Musaoğludur.

Şahin Musaoğlu tədbirdəki çıxışında bildirib ki, ona gələn təklifi böyük məmnuniyyətlə qəbul edib: "Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq".
 

Ətraflı......